“İnter” Gürcüstanda son məşqinə çıxdı
10.10.2014 - 00:05
Gürcüstanda təlim-məşq toplanışında olan Bakının “İnter” klubu ötən gün toplanış çərçivəsində son məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “bankirlər” məşq prosesinə isinmə hərəkətləri ilə başlayıb.
Komanda sonra taktiki tapşırıqlar üzərində çalışıb. Məşq ikitərəfli oyun keçirməklə başa çatıb.
Qeyd edək ki, bu gün “İnter” toplanışın son günündə Gürcüstanın “Samtredia” komandası ilə yoxlama matçı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq. Matçdan sonra komanda vətənə qayıdacaq.
0
0