“İnter” isveçrəli futbolçunu bəyənmədi
24.06.2015 - 19:14
“İnter” isveçrəli futbolçunu bəyənmədi

Milanın “İnter” klubu yarımmüdafiəçi Xerdan Şakirini transferə çıxarıb. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, isveçrəli hücumçu komandaya qışda “Bavariya”dan icarə əsasında cəlb olunmuşdu.

 

O vaxtkı anlaşmaya əsasən milanlılar yayda 15 milyon ödəyərək Şakirinin tam hüquqlu sahibi olmalıdı. Ancaq baş məşqçi Roberto Mançini yarımmüdafiəçinin çıxışından razı qalmayıb.

 

Ona görə də oyunçunu satışa çıxararaq əldə olunan gəlirdən “Bavariya”nın borcunu ödəmək istəyir.

 

Qeyd edək ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi yarım il ərzində “İnter”lə meydana çıxdığı 18 oyunda 3 qola imza atıb.