“İnter” Naxçıvanda
11.09.2014 - 16:18
“İnter” Naxçıvanda

Sabah Topaz Premyer Liqasının V turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, “İnter” səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq.

 

“Bankirlər” bu gün Naxçıvana gedib və “Duzdağ” otelində məskunlaşıb. Bu gün saat 17:30-da “İnter” Naxçıvan şəhər stadionunda oyunöncəsi məşqə çıxacaq.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” – “İnter” oyunu sabah saat 17:30-da başlayacaq.