“İnter” rəhbərliyində dəyişiklik
13.08.2016 - 14:23
“İnter” Peşəkar İdman Klubu MMC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun Nizamnaməsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Akif Əliyevin və Johann Engbrechtin “İnter”PİK-in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edib.
Bundan əlavə, həmin qərarla Johann Engbrecht “İnter”PİK-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.
0
0