“İnter” rəqibin müraciətinə “hə” dedi
16.10.2014 - 11:41
“İnter” rəqibin müraciətinə “hə” dedi

“İnter”in ölkə kubokundakı matçının məkanı dəyişdiriləcək. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, “bankirlər”in kubokun 1/8 final mərhələsində “Şahdağ”la görüşü səfərdə baş tutmayacaq.

 

Belə ki, Qusar təmsilçisi bunun üçün “İnter”ə müraciət edib. I dəstə klubu hazırda Şövkət Orduxanov adına Qusar şəhər stadionunda bakılı qonaqları qəbul etməyə hazır olmadıqlarını bildirib. Bu üzdən dekabrın 3-də baş tutmalı görüş Bakıda keçiriləcək.

 

Qeyd edək ki, “Şahdağ” yaxın günlərdə bu məsələ ilə bağlı PFL-ə rəsmi şəkildə müraciət ünvanlayacaq. 

0