“İnter” slovakiyalı futbolçu transfer edir
27.06.2015 - 21:41
Polşanın “Legiya” klubunun futbolçusu Ondrey Duda karyerasını Milan “İnter”ində davam etdirə bilər. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, bu barədə yarımmüdafiəçi özü açıqlama verib:
“Klublar danışıq aparırlar, düşünürəm ki, ya bu həftə, ya da gələn ayın əvvəlindən “İnter”in oyunçusu olacam”.
Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsüm “Legiya” ilə meydana çıxdığı 39 oyunda 8 qola imza atıb.
Yarımmüdafiəçi iki dəfə də Slovakiya milli komandasının formasını geyinib və 1 dəfə qol sevinci yaşayıb.
0
0