“İnter” Sumqayıt”a qalib gəldi
07.09.2014 - 00:03
Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “İnter” növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri "Bakı" Futbol Klubunun Təlim-məşq bazasında “Sumqayıt”la qarşılaşıb.
Bu matçda "İnter" 1:0 hesablı qələbə qazanıb. Oyunda vurulan yeganə qolun müəllifi Asif Məmmədov olub.
Qeyd edək ki, ayın 12-si "İnter" Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la qarşılaşacaq.
0
0