[b]“İnter”dən yeni təklif[/b]
05.05.2018 - 14:13
[b]“İnter”dən yeni təklif[/b]

İtaliyanın “İnter” klubu baş məşqçisi ilə müqaviləni uzatmağa qərar verib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi Luçano Spalettiylə əməkdaşlığı uzatmağa üstünlük verib.

 

Bu, komandanın Çempionlar Liqasına duşub-düşməməsindən asılı olmayacaq. Klub rəhbərliyi məşqçinin işinə yanaşmasından razı olduğu üçün belə addım atır.

 

“İnter”in baş məşqçi ilə hazırkı müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. Spalletti ilə anlaşmanın 2021-ci ilin yayına qədər uzadılması gözlənilir.