“İnter”ə gürcü futbolçusundan şad xəbər
07.04.2015 - 16:55
“İnter”ə gürcü futbolçusundan şad xəbər

“İnter”in gürcüstanlı futbolçusu Aleksandr Amisulaşvili tezliklə məşqlərə başlayacaq. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçinin zədəsi o qədər də ciddi deyil.

 

Gürcüstan yığmasının Almaniya ilə oyununda zədələnən Amisulaşvili bu səbəbdən meydanı erkən tərk etmişdi. Müalicəsini ölkəsində davam etdirən futbolçu bir neçə gün öncə Bakıya qayıdıb. Tibbi müayinədən sonra həkimlər Amisulaşvilinin zədəsinin ağır olmadığını və futbolçunun qısa zamanda məşqlərə başlayacağını bildiriblər. Təcrübəli futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik bəlli deyil.

 

“Xəzər Lənkəran”la çempionat oyununda yüngül zədə alan “İnter”in digər üzvləri - Baçana Sxadadze və Derlis Meza Kollinin də durumu ürəkaçandı.

 

Qeyd edək ki, “İnter” Topaz Premyer Liqasının XXIX turunda istirahət edəcək.