Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”də baş məşqçi dəyişikliyi ola bilər. Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, son oyunlardakı uğursuzluqlar klub rəhbərliyini ciddi addım atmağa məcbur edib. Klub prezidenti Erik Tohir Matsarriyə son xəbərdarlıq edib və İtaliya A Seriyasının növbəti turunda baş tutacaq “Napoli” ilə oyuna qədər vaxt verib. Əgər komanda qələbə qazana bilməsə, o zaman baş məşqçi vəzifəsindən dərhal istefa verməlidir. Son qələbəsini Avroliqanın qrup mərhələsinin II turunda qazanan “İnter”in daxili çempionatda işləri bərbaddır. Son turda “Fiorentina”ya 0:3 hesabı ilə uduzan Milan təmsilçisinin rəhbərliyi böyükhesablı məğlubiyyətə görə əsəbləşib.
Artıq Matsarrini kimin əvəzləyəcəyi də məlumdur. Əgər o, növbəti turda qələbə qazana bilməyib vəzifəsindən getsə, onun yerinə hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda baş məşqçi olan Valter Zenqa gələcək.