“İnter”in cavab matçının vaxtı açıqlandı
30.06.2015 - 11:07
“İnter”in cavab matçının vaxtı açıqlandı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter”in I təsnifat mərhələsində “Laçi” ilə keçirəcəyi cavab görüşünün vaxtı açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, “bankirlər”in Albaniya klubu ilə cavab qarşılaşması iyulun 9-da baş tutacaq.

 

Qitə futbol qurumu “İnter Arena”da keçiriləcək “İnter” – “Laçi” qarşılaşmasının yerli vaxtla saat 21:00-da başlamasını qərara alıb.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 2-də Albaniyada keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.