“Mançester Yunayted”in təcrübəli müdafiəçisi Patris Evra karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “İnter” 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Milan təmsilçisi bu keçidi həll etmək üçün artıq çalışmalara başlayıb. İtalyanlar Evra ilə danışıqlar aparmaq üçün klubun idman direktoru Pyer Ausilionu İngiltərəyə göndərəcək. Ausilionu onu mövsüm sonu azad agent olaraq heyətə qatmağa çalışacaq.
Qeyd edək ki, Fransa millisinin üzvü 2006-cı ildə ölkəsinin “Monako” klubundan Premyer Liqa təmsilçisinə keçmişdi. Onun “qırmızı şeytanlar”la müqaviləsi cari mövsümün sonu başa çatır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”