“İnter”in futbolçusu Mikel Alvaro qollarının sayını artırıb. Apasport.az saytının məlumatına görə, bu gün Topaz Premyer Liqasının XIV turunda səfərdə “Bakı” ilə görüşdə fərqlənən ispaniyalı yarımmüdafiəçi bobardirlər siyahısında 8 topla liderliyini davam etdirir.
“Xəzər Lənkəran”la görüşdə (XII tur) dubl edən Alvaro bu dəfə tək qola imza atıb. Matçın 40-cı dəqiqəsində Mikelin vurduğu yeganə top “bankirlər”ə 3 xal qazandırıb.
Bununla da 8 qolla Topaz Premyer Liqasının bobardirlər siyahısının ilk pilləsində qərarlaşan Alvaro rəqiblərindən bir qədər uzaqlaşıb.
Belə ki, İspaniyaldan sonra “Bakı”nın futbolçusu Nurlan Novruzov 6 topla 2-ci, “Sumqayıt”ın oyunçusu Məhəmməd Qurbanov isə 5 qolla 3-cü yerdədi. Daha sonrakı sıraları Rəşad Abdullayev (AZAL), Draqan Çeran ("Simurq"), Cavid Hüseynov ("Qəbələ") və İnnosent Emeqara ("Qarabağ") tutur. Hər 4 futbolçunun isə aktivində 4 qol var.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı