“İnter” Gürcüstandan qələbə ilə qayıdır - YENİLƏNİB
10.10.2014 - 17:47
“İnter” Gürcüstandan qələbə ilə qayıdır - YENİLƏNİB

Gürcüstanda təlim-məşq toplanışında olan Bakı “İnter”i bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz yerli "Samtredia" klubu ilə qarşılaşıb.

 

Matçın ilk hissəsində qol vurulmasa da, fasilədən sonra Kaxaber Sxadadzenin yetirmələri rəqib qapısına iki dəfə yol tapıblar. Əvvəlcə Yohan Bokonyano 11 metrlik cərimə zərbəsindən istifadə edib. İkinci qolu isə fasilədən sonra meydana daxil olan Nizami Hacıyev vurub.

 

 Qeyd edək ki, “İnter” bu gün vətənə qayıdacaq.

 

Yoxlama oyunu

10 oktyabr

“Samtredia” (Gürcüstün) – “İnter” (AZƏRBAYCAN) - 0:2

0