“İnter”in hücumçusu zədəsini sağaltdı
06.09.2014 - 22:17
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”in heyətində zədəli futbolçusu yenidən komandasının sırlalarına qayıdıb. Apasport.az saytının məlumatına görə, bu, hücumçusu Rodriqo Palasiodur.
Argentina millisinin forvardı oynamağa yenidən hazırdır. Bir müddətdir ki, zədəli olan Palasio artıq sağalıb və yenidən məşqlərini bərpa edib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının F qrupunda Milan klubu ilə ilk oyununu səfərdə oktyabrın 2-də, cavab qarşılaşmasını isə dekabrın 11-də Bakıda keçirəcək.
0
0