“İnter”in hücumçusuna qadağa!
30.04.2015 - 16:06
“İnter”in hücumçusuna qadağa!

Topaz Premyer Liqasının XXXII turunda “Simurq”la qarşılaşacaq “İnter” bu gün son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” Zaqatalada ciddi itkilərlə hazırlaşır.

 

Baş məşqçi Kaxaber Sxadadze sabah 4 futbolçunun xidmətindən məhrum olacaq. Qapıçı Georgi Lomaya, yarımmüdafiəçi Asif Məmmədov və hücumçu Junior Nildo zədə ucbatından Bakıda qalıblar. Həkimlər Nildo və Lomayanın fərdi məşq etmələrinə də razılıq vermirlər. Gənc yarımmüdafiəçi Coşqun Diniyev isə sarı vərəqə limitini doldurduğu üçün komanda ilə səfərə yollanmayıb.

 

Qeyd edək ki, “Simurq” – “İnter” oyunu sabah saat 17:00-da başlayacaq.