“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture mövsümün sonunda komandasını dəyişəcəyini deyib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu hətta formasını geyinmək istədiyi klubun adını da açıqlayıb.
Ture “Mançester Siti” ilə bağlı artıq bir hədəfinin qalmadığını, PSJ-də oynamaq istədiyini vurğulayıb: “Əgər mənim üçün bir klubda hədəf qalmayıbsa, nə qədər pul qazanıram-qazanım, orda qalmaram. Gələcək karyerama hələ qərar verməmişəm. PSJ inkişaf etməkdə olan klubdu. Yaşım çox olsa da, bu komandada böyük işlər görə biləcəyimi düşünürəm”.
Qeyd edək ki, Yaya Ture ilə PSJ və “İnter” yaxından maraqlanır.