“İtaliya, İspaniya, İngiltərə və Fransa kimi ölkələr futbolda ağalıq edirlər. Çempionlar Liqasını ancaq bu çempionatların təmsilçiləri qazanırlar. Digər ölkələr isə daha çox gözünü Avroliqaya dikir. Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərdə komandaların sayını artırmaq lazımdı ki, həmin ölkələrin komandaları burada çox olsun. Məsələn, Ukrayna, Azərbaycan və s. kimi ölkələrə hörmət edilməlidi”. Apasport.az xəbər verir, bu sözləri İtaliyanın “İnter” klubunun prezidenti Erik Tohir deyib.
Yerli mətbuata müsahibə verən Milan təmsilçisinin rəsmisi UEFA-ya etiraz edib: “Avropa Liqasında və Çempionlar Liqasında komandaların sayını artırmaq lazımdı. “Qarabağ” Avroliqanın qrup mərhələsində bizim rəqibimizdi. Amma komandaların sayı artırılacağı halda, belə ölkələrdən daha çox komanda gələ bilər. Ümumiyyətlə, UEFA-nın bir neçə haqsız qərarı var. Məsələn, niyə Çempionlar Liqasına İngiltərədən olduğu kimi, İtaliyadan 4 komanda qatılmır? Axı bura da böyük futbol ölkəsidi. Elə vaxtlar idi ki, İtaliya Avropada ən güclüydü. Amma indi cəmi 3 komandası qitənin bir nömrəli turnirinə qatılır. Bu düzgün deyil”.