“İnter”in qapıçısı Premyer Liqa klubunun hədəfində
17.05.2015 - 15:03
“İnter”in qapıçısı Samir Handanoviç Mançesterdə peyda ola bilər. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” rəhbərliyi De Xeanın mümkün transferi halında 30 yaşlı sloveniyalı qapıçını heyətinə qatmağı planlaşdırır.
Xatırladaq ki, yayılan söz-söhbətlərə görə “qırmızı şeytanlar”ın hazırkı qapıçısı David De Xeanın yayda “Real”a keçmək ehtimalı var.
0
0