“İnter”in qorxduğu hakim
11.03.2014 - 15:31
“İnter”in qorxduğu hakim

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” – “Neftçi” oyununu idarə edəcək Əliyar Ağayev mövsümdə 22-ci matçına təyinat alıb. Apasport.az saytının məlumatına görə, bu mövsüm kubokda debüt edəcək FİFA referisi 21 çempionat görüşündə ədaləti qoruyub.

 

Bunların 9-da meydan sahibləri, 5-də qonaqlar qalib gəlib. Digər 7 qarşılaşmada bərabərlik qeydə alınıb. Ağayev həm öz, həm rəqib meydanında oynayan komandaya 3 qırmızı vərəqə göstərib. Qonaqları 3 penalti ilə cəzalandıran hakim onların lehinə 1 belə qərar verib.

 

“Neftçi”nin 6 oyununa təyinat alan Ağayev bakılıların 3 qələbəsini, 2 heç-heəsini və 1 məğlubiyyətini qeydə alıb. Referi həm paytaxt klubu, həm də rəqiblərini 1 qırmızı vərəqə və 1 penalti ilə cəzalandırıb. “İnter” üçün isə Ağayev uğur gətirməyən hakim sayılır. “Bankirlər” onun idarə etdiyi 5 matçda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.

 

 

 

0