“İnter”in Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Moldovanın “Tiraspol” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Tiraspol təmsilçisi “Daçiya” ilə gücünü sınayıb.
Görüş “Tiraspol”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 11-ci dəqiqədə Moldova U-21-inin yarımmüdafiəçisi Vadim Ratsa vurub.
Qeyd edək ki, “Tiraspol” bundan öncə Rumıniyanın “Botoşan” (3:1) klubu, eləcə də “Veris” (4:1) və “Şerif”lə (1:2) yoxlama oyunları keçirmişdi. “Qırmızı-yaşıllar” bu gün “Şerif”in bazasında Bakı vaxtı ilə saat 19:00-da Rusiyanın “Tom” klubu ilə gücünü sınayacaq.