“İnter” yarımmüdafiəçisi Asif Məmmədovun xidmətindən məhrum qalıb. Futbolçu apasport.az saytına açıqlamasında hələ bir müddət komandadan ayrı qalacağını bildirib.
Təcrübəli oyunçu yenicə sağalıb kollektivə qoşulmasına baxmayaraq, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə ilk görüşdən öncə yenidən xəsarət alıb. 29 yaşlı futbolçu məşq zamanı əzələsinin cırıldığını və bu səbəbdən daha 10 gün kənarda qalacağını deyib. Bu isə o deməkdi ki, Asif Məmmədov “Neftçi” ilə cavab görüşünü, eyni zamanda Premyer Liqanın XXXI turu çərçivəsində AZAL-la ev oyununu buraxacaq.
Qeyd edək ki, “İnter” – AZAL matçı aprelin 25-də keçiriləcək.