“Roda” Futbol Akademiyasında gözəl və çətin layihəyə başladığımızı nəzərə alsaq, mənim burdan gedişim çox erkən alındı. Mən Azərbaycandan mənə belə təklifin gələcəyini gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in yeni direktoru Roland Vromans deyib.
Bu aydan “İnter”də idman direktoru kimi fəaliyyətə başlayacaq hollandiyalı mütəxəssis bu ilin martın 1-də çalışdığı “Roda”nın rəsmi saytına açıqlama verib. O, Azərbaycanda texniki direktor kimi çalışacağını və bu üzdən “İnter”dən gələn təklifi qəbul edəcəyini bildirib: “Bu mənim üçün unikal imkandı. Ona görə də “Roda”da daha işləyə bilmərəm. Sevinirəm ki, bizim indiki Futbol Akademiyamızın fundamenti var, 5 nəfərdən ibarət olan güclü idarəetmə komandası əsasında qurulub. Əminəm ki, onlar gənclərlə uğurlu yollarına davam edəcəklər”.
“Roda”nın icraçı direktoru Vim Kollard isə 2017-ci ilin iyununa kimi müqaviləsi olan Vromansın “İnter”də Hollandiyadakından çox böyük pula işləməyəcəyini və ona uğurlar arzuladığını bildirib: “Roland bir neçə həftə əvvəl bu haqda bizə bildirib. Biz artıq ona mümkün xələfin tapılması prosesinə başlamışıq. Düzgün namizəd üçün xüsusi diqqətlə lazımi profili tapmaq istəyirik. Bundan başqa, Rolanda yeni işində yüksək uğurlar arzulayırıq”.
Qeyd edək ki, Roland Vromans futbolçu karyerası ərzində “Eyndhoven”də 318 matça 104 qol vurmaqla klubun ən yaxşı bombardiri adına sahibdi. Bundan başqa, o məşqçi/menecer qismində “Helmond Sport”, “Eyndhoven”, PSV, “Qroningen”, “Alkmar” və “De Qrafsxap”da çalışıb. O, Rusiyada Qus Hiddinkin vasitəçiliyi ilə 2009-cu ilin iyunun 1-də Konoplyov adına Tolyatti Futbol Akademiyasında əvvəl köməkçi məşqçi, sonra baş məşqçi kimi işləyib.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt