Sabah Avropa Liqasında çıxış edən Azərbaycan klubları növbəti oyunlarını keçirəcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən təmsilçilərimiz II təsnifat mərhələsinin ilk qarşılaşmasına çıxacaq.
Topaz Premyer Liqasının ötən mövsümünün mükafatçıları “İnter” və “Qəbələ” ilk oyunlarını səfərdə keçirəcək. Çempionatımızın bürünc mükafatçısı “Qəbələ”nin qarşılaşması daha tez başlayacaq.
Əyalət klubu Serbiyada yerli “Çukariçki”nin qonağı olacaq. Superliqanın gümüş mükafatçısı ilə matçdan sərfəli nəticə ilə qayıtmaq əzmində olan “Qəbələ” cavab matçı üçün üstünlük də qazana bilər. Bunun üçün I təsnifat mərhələsinin hər iki matçında qol sevinci yaşayan “qırmızı-qaralar” rəqib qapısına yol tapmalı və uduzmamalıdı.
Serbiyadakı duel ölkəmiz üçün UEFA reytinqi baxımından da önmlidi. Siyahıda qonşu olan və 28-ci yer üçün mübarizə aparan Azərbaycan və Serbiya üçün təmsilçilərinin qarşılaşması üstünlük qazanmaq üçün imkandı.
Premyer Liqanın gümüş mükafatçısı “İnter” isə şimala yollanıb. İslandiyada “Hafnarfyordur”la üz-üzə gələcək bakılılar matçın favoritidi. 10 il əvvəl”Neftçi”nin hər iki qarşılaşmada məğlub etdiyi ada təmsilçisi o qədər də güclü təsiri bağışlamır.
Düzdü, heyətini son anda formalaşdıran “İnter” də heç də ən yaxşı durumda deyil. Lakin heç vaxt birdən artıq mərhələ adlamayan paytaxt təmsilçisi bu dəfə imkandan yararlana bilər.
Son 3 səfər matçında uduzmayan “bankirlər”in əleyhinə olan məqam İslandiya çempionatının yaz-payız sistemi ilə keçirilməsidi. Oyun praktikası baxımından üstün olan “Hafnarfyordur” daxili çempionatda da lideridi.
Qeyd edək ki, təmsilçilərimiz II təsnifat mərhələsinin cavab oyunlarını iyulun 23-də keçirəcək.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar, 16 iyul
23:30. “Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Radu Petresku (Rumıniya)
Baş hakimin köməkçiləri: Ovidiu Artene, Vladimir Urzixa (hər ikisi Rumıniya)
Dördüncü hakim: Marsel Birsan (Rumıniya)
UEFA nümayəndəsi: Joze Gilyerme Aquiar (Portuqaliya)
Hakim-inspektor: Plarent Koterja (Albaniya)
Belqrad. “Çukariçki” stadionu
Çukaritsa. “Çukariçki” stadionu
00:15. “Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan)
Baş hakim: Mikael Leryo (İsveç)
Baş hakimin köməkçiləri: Daniel Qustavsson, Mqnus Syoblom (hər ikisi İsveç)
Dördüncü hakim: Kristoffer Karlsson (İsveç)
UEFA nümayəndəsi: Con Teylor (Şorlandiya)
Hakim-inspektor: Rusmir Mrkooviç (Bosniya və Herseqovina)
Hafnarfyordur. “Kaplakrikavalyur” stadionu
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq