“Barselona”nın müdafiəçisi Martin Montoya karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, bu barədə futbolçunun agenti açıqlama verib.
“İnter”lə danışıqların davam etdiyini bildirən agnet Xuan de Dios Karrasko müştərisinin İtaliyada oynamaq istədiyini deyib:
“Hazırda danışıqlar davam edir. Ümid edirəm ki, hər şey yaxşı qurtaracaq. Martin “İnter”in əla komanda olduğunu və bu keçidin karyerası üçün bir fürsət olduğunu düşünür”.
Qeyd edək ki, 24 yaşlı katalon müdafiəçi 2011-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir. O, bu müddətdə əsas komanda ilə 43 oyuna çıxıb və 1 dəfə də qol sevinci yaşayıb.