[b]“İnter”lə oyuna "Dalğa Arena”da[/b]
07.09.2017 - 17:14
[b]“İnter”lə oyuna "Dalğa Arena”da[/b]

“Kəpəz” çempionatın IV turunda qarşılaşacağı “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “Qaradağ Lökbatan”a qarşı yoxlama matçından sonra bir gün istirahət edən komanda üzvləri dünəndən yenidən bir araya gəliblər.

 

“Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edirlər.

 

Oyunöncəsi son hazırlıq prosesi isə görüşün keçiriləcəyi “İnter Arena”da olacaq. “Kəpəz” sentyabrın 8-də saat 17:00-da qeyd olunan stadionda məşqə çıxacaq.  

 

Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı sentyabrın 9-da keçiriləcək. 

0