“İnter"in də, bizim də imkanlarımız var idi”
18.10.2014 - 19:38
“İnter"in də, bizim də imkanlarımız var idi”

“Çox gәrgin bir oyunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi George Çixradze deyib.

 

O, bu gün Topaz Premyer Liqasının VIII turunda Bakıda “İnter”lə 0:0 hesablı heç-heçədən danışıb: “Hәr iki komanda meydançaya qәlәbә qazanmaq arzusu ilә çıxmışdı. "İnter"in də, bizim də imkanlarımız var idi. Fikrimcә, biz qol vurmağa daha yaxın idik. Amma tәәsüf ki, alınmadı”. (pfl)