İtaliya milli komandasının meneceri Qabriele Oriali yerli mətbuata açıqlama verib. Apasport.az xəbər verir ki, o, sabah yığma komandalarının Azərbaycana qarşı keçirəcəkləri oyundan və yer aldıqları qrupdan danışıb.
Oriali bildirib ki, İtaliya qrupda ən şanslı komandadı: “Milli komandanın qapıları bütün futbolçuların üzünə açıqdır. Amma baş məşqçimiz Antonio Konte layiq olanları bura çağırıb. Bizi sabah Palermo şəhərində çətin oyun gözləyir. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Maraqlı qrupda yer almışıq. İtaliya millisi qrupun ən şanslı komandasıdır. Artıq biz inkişaf edirik və hər şey yaxşıya doğru dəyişir. Balotelliyə gəlincə, Konte onu da izləyir. Lazım olanda milliyə dəvət alacaq”.
Qeyd edək ki, İtaliya – Azərbaycan matçı sabah Bakı vaxtilə saat 23:45-də keçiriləcək.