İtaliyada daha bir komanda gələn mövsüm A seriyasında çıxış etmək hüququ qazanıb. Apasport.az saytının məlumatına görə, “Kalyari” birillik fasilədən sonra elitaya yüksəlib.
B seriyasının 40-cı turunun açılış matçında “Bari” üzərində səfər qələbəsi (3:0) qazanan “Kalyari” lider “Krotone”dən sonra A seriyasına vəsiqəni rəsmiləşdirib. Artıq sona 3 tur qalmış 3-cü pillədəki “Trapani”nin onlara çatmaq şansı tükənib.
Mövsümü 3-8-ci pillələrdə başa vuracaq komandalar arasında isə 3-cü vəsiqə uğrunda pley-off oyunları keçiriləcək.
Qeyd edək ki, “Kalyari” ötən mövsüm A seriyasında 18-ci yeri tutaraq, aşağı liqaya yuvarlanmışdı.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı