“Kanalesin sayəsində yeni klub tapdım”
19.04.2016 - 11:07
“Kanalesin sayəsində yeni klub tapdım”

“Qazaxıstan klubuna keçmək variantım çoxdan var idi. Uzun müddət bunu dəyərləndirməkdə çətinlik çəkirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “İrtış” klubunun futbolçusu İqnasio Errera deyib.
 
29 yaşlı çilili hücumçu yeni klubuna keçidi ilə bağlı müsahibə verib. Bunadək vətənində “İkike”nin şərəfini qorumuş Errera keçidində “Neftçi”də çıxış edən həmyerlisi Nikolas Kanalesin rolunu da qeyd edib: “Bir neçə dəfə bu variantdan imtina etmək istədim. Lakin fasilələrlə bir neçə dəfə Azərbaycanda çıxış edən Nikolas Kanales sağ olsun. Onun sayəsində yaranan bu variantı qəbul edib, özümə yeni klub tapdım. Onun vasitəsilə tanıdığımız menecerlər keçidi həll etdi. “İkike” rəhbərliyinə də transferimdə yardımçı olduğu üçün borcluyam”.
 
Qeyd edək ki, əvvəllər də legioner həyatı yaşayan Errera İspaniyada “Betis”in formasını geyinib.

0