“Karlsrue” Dmitri Nazarovsuz "Sankt-Pauli"dən güclü oldu
26.10.2014 - 18:00
“Karlsrue” Dmitri Nazarovsuz "Sankt-Pauli"dən güclü oldu

Yığmamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” Almaniya II Bundesliqasının XI turunda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası səfərdə "Sankt-Pauli"nin qonağı olub.

 

Görüşdə “Karlsrue” 4:0 hesablı ilə qalib gəlib. Bir neçə gün əvvəl məşqdə zədə alan Dmitri matçın iştirakçısı olmayıb.  

 

Qeyd edək ki, "Karlsruher" 11 turdan sonra 16 xalla 6-cı pilləni tutur.