“Karlsrue” qazandı, millimizin üzvü izlədi
16.03.2015 - 00:49
“Karlsrue” qazandı, millimizin üzvü izlədi

Almaniya II Bundesliqasında XXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” növbəti matçına çıxıb.

 

Təmsilçimizin komandası səfərdə "İnqolştadt"la üz-üzə gəlib. Matçda futbolçumuzun komandası 1:3 hesabı ilə qalib gəlib.

 

Nazarov ilk “11-liy”ə daxil edilsə də, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, hazırda “Karlsrue” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.