Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd Robert Prosineçkinin mümkün köməkçilərinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssisin təyinatı rəsmiləşsə, ona Qordan Çipriçlə Draqan Spasiç kömək edəcək.
Bunu Prosineçkinin özü Xorvatiya mətbuatına açıqlayıb. O bildirib ki, hazırda bu məşqçiləri köməkçisi kimi nəzərdə tutub.
49 yaşlı Çipriç Türkiyədə çalışdığı vaxt “Kayserispor”da da Prosineçkinin köməkçisi olub. 16 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bir çox klublarda müxtəlif vəzifələrdə - baş məşqçi, məşqçi, skaut, fərdi məşqçi, gənclər komandasının çalışdırıcısı kimi işləyib. Bunadək isə futbolçu kimi isə orta səviyyəli klublarda top qovub.
Spasiç də Kayseri təmsilçisində yığmamızın gələcək çalışdırıcısının köməkçisi olub. Serbiyalı həm də Prosineçkinin həmyaşıdıdı. 45 yaşlı çalışdırıcı zəngin karyerası ilə öyünə bilməz. Spasiç futbolçu kimi vətənində kiçik klublarda çıxış etməsi ilə diqqət çəkir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı