Futbol üzrə Azərbaycan I Divizionunda 1-ci turun daha 4 oyunu keçirilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Kəpəz” – “Şahdağ” və “Lokomotiv” – “Şuşa” oyunlarında qalib müəyyən olunmayıb.
Hər iki oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
“Qaradağ Lökbatan” - “Energetik” - 2-0
QOLLAR: İlham Allahverdiyev, 45, Mehdi Mehdiyev, 81
“Mil-Muğan” - “Göyəzən” – 6:1
QOLLAR: Elxan Məmmədov, 33; 72; 90; Rəmzi Məmmədov, 55; 70; Bayram Əliyev, 90+3 - Fərhad Həsənov, 68
Tura bazar günü keçiriləcək “Zirə” – MOİK və “Ağsu” – “Neftçala” oyunları ilə yekun vurulacaq.