Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz" transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi polşalı qapıçı Lukas Sapela ilə ilkin razılıq əldə edib.
Qeyd edək Sapela daha əvvəl ölkəmizdə çıxış edib. O, 2012-2014-cü illər aralığında iki il müddətində “Rəvan”ın formasını geyinib. Qapıçı "sarı-qırmızılar"la 44 oyunda meydana çıxıb.
33 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, bu, Gəncə təmsilçisinin 8-ci transferidi. “Kəpəz” Sapelaya qədər Bəxtiyar Soltanov ("Qəbələ"), Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi "Qarabağ", icarəyə), Ceyhun Cavadov, Tural Nərimanov (hər ikisi "Rəvan"), Rəşad Əzizli ("Simurq"), Azad Kərimovun ("Bakı") keçidini həll edib.