“Kəpəz” paytaxt toplanışına 16 futbolçu ilə başlayacaq
30.06.2015 - 14:13
“Kəpəz” paytaxt toplanışına 16 futbolçu ilə başlayacaq

Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək “Kəpəz” iyulun 1-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, Buzovna qəsəbəsində yerləşən “Retro” oteldə məskunlaşacaq Gəncə təmsilçisi gündə iki dəfə hazırlığa çıxacaq.

 

“Sarı-göylər”in məşq prosesində iştirak edəcək futbolçular məlumdu. Baş məşqçi Şahin Diniyev hazırlığa 16 oyunçu cəlb edib: Eyyub Əliyev, Tural Axundov, Elvin Cəbrayıllı, Xəzər Qəribov, Şəhriyar Əliyev, Tərlan Quliyev,  Murad Ağakişiyev, Tural Nərimanov, Ceyhun Cavadov, Azad Kərimov, Kərim Diniyev, Şəhriyar Rəhimov, Bəxtiyar Soltanov, Ziyabil Məmmədov, Məhərrəm Hüseynov, Tural Rzayev.

 

Son 3 futbolçu Gəncədə keçirilən seleksiya xarakterli toplanışdan sonra komandaya dəvət olunub.

 

“Dalğa Arena”dakı məşqlərdə komandanın əsasən fiziki hazırlığına diqqət yetiriləcək.

 

Qeyd edək ki, “Kəpəz” paytaxtda 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Gəncə klubu iyulun 4-də “Sumqayıt”, ayın 7-də AZAL, iyulun 10-da isə 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması ilə üz-üzə gələcək. Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.