“Kəpəz”dən ilk qələbə, "Mil-Muğan" xal itirdi
11.09.2014 - 22:02
“Kəpəz”dən ilk qələbə, "Mil-Muğan" xal itirdi

Futbol üzrə Azərbaycan I Divizionunda II tura start verilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

 

“Kəpəz” doğma azarkeşləri önündə “Şuşa”nı minimal hesabla üstələyib. "Şahdağ" "Qaradağ Lökbatan"la qolsuz bərabərliyə (0:0) qalıb.

 

"Rəvan" isə "Mil-Muğan"ın müqavimətini qıra bilməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

I Divizion

I tur

7 sentyabr

"Kəpəz" - "Şuşa" – 1:0

QOL: Ramil Həşimzadə, 9-pen

 

"Şahdağ" - "Qaradağ Lökbatan" – 0:0

 

QOLLAR: "Rəvan" - "Mil-Muğan" – 1:1

Elgün Abbaslı, 26 - Azər Məmmədov, 33