“Kəpəz”in Bakı hazırlığı
                    
                    21.04.2016 - 18:08
                        
                    Topaz Premyer Liqasının XXXI turunda “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” məşqlərini davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi qarşıdakı matça Bakıda hazırlaşır.
“Sarı-göylər”in heyətində cəzalı futbolçu yoxdu. Yeganə problem Namiq Ələsgərovun zədəli olmasıdı. Milli üzvü bu səbəbdən “Sumqayıt”la görüşdə “Kəpəz”ə kömək edə bilməyəcək.
Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu aprelin 24-də saat 14:00-da başlayacaq.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            