“Çətin oyun oldu. “Rəvan” hər bir komanda üçün arzuolunmaz rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.
Azərbaycan kubokunun ¼ final mərhələsinin “Rəvan”la ilk oyunundan sonra keçirilən mətbuat konfransında serbiyalı mütəxəssis qarşılaşmanı şərh edib. Pantiç qalib gəldikləri matçda üstünlüyün minimal olmasına təəssüflənib: “Yeni baş məşqçi ilə komanda çox dəyişib. AFFA İcraiyyə Komitəsinin qərarından sonra “Rəvan” daha rahat oynayır. Bu gün bizə qarşı var gücü ilə oynadılar. Buna baxmayaraq, yaxşı oynadıq. Qarşıda cavab oyunu var, rəqibə hörmətlə yanaşırıq. İkinci qolu vursaydıq daha yaxşı olardı”.
Qeyd edək ki, “Bakı” “Rəvan”la səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi