“Krasnodar”dan darmadağın
02.11.2015 - 08:40
Rusiya çempionatında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparan “Krasnodar” səfərdə “Krılya Sovetov”la qarşılaşıb.
Təmsilçimizin rəqibi bu qarşılaşmada böyükhesablı qələbə qazanıb – 4:0. Krasnodarlıların qollarından ikisini Pavel Mamayev (37 və 77-ci dəqiqə), digərlərini isə Fyodor Smolov (61-ci dəqiqə) və Ari (87-ci dəqiqə) vurublar.
Bu qələbədən sonra xalını 21-ə çatdıran Oleq Kononovun yetirmələri 7-ci pillədə qərarlaşıb.
0
0