“Neftçi” ilə qarşılaşmada layiqli qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” ilə səfər görüşü haqda fikirlərini açıqlayan 42 yaşlı mütəxəssis hesabın oyuna görə olduğunu bildirib: “Bugünkü matçda azarkeşlə maraqlı, baxımlı futbol izlədi. “Neftçi” 10 nəfərlə də layiqli mübarizə apardı, azlıqda qol da vurdu. Ona görə də bakılıların çempionluq yarışından qopduğunu demək olmaz. Mübarizə hələ qabaqdadır. Bir neçə il əvvəl “Neftçi” ilə oyunda 2:0 hesabı ilə öndə olsaq da, sonda uduzmuşduq. Həmin qarşılaşmanı unutmadığımızdan bu dəfə 2 qoldan sonra arxayınlaşa bilməzdik”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”