“Lion”un və Fransa millisinin üzvü Aleksandr Lakazette klubuyla yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, yeni müqaviləyə əsasən, 24 yaşlı forvard 2019-cu ilin yayına kimi "şirlər"in şərəfini qoruyacaq.
Hücumçu klubuyla yeni müqavilə imzaladıqdan sonra mövsümlərarası fasilədə "Lion"u tərk edəcəyilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Nəhayət, mənim başqa kluba keçəcəyimlə bağlı söhbətlər səngiyəcək. Mən burda qalmağı üstün tutdum və kənardan gələn təklifləri rədd etdim. Ümid edirəm ki, bundan sonra ancaq mənim vurduğum qollardan və "Lion"un qələbələrindən danışacağıq".
"Lion"un yetirməsi olan Lakazette "şirlər"in heyətində bu günə qədər keçirdiyi 186 matçda 70 dəfə rəqib qapılara yol tapıb.