“Liverpul” “Barselona”nın futbolçusunu istəyir
08.04.2015 - 17:28
“Liverpul” “Barselona”nın yarımmüdafiəçisi Pedro Rodrigesə “elçi düşüb”. Apasport.az saytının məlumatına görə, “qırmızılar” bu transfer üçün artıq ilk müraciətini edib.
“Liverpul” rəhbərliyi yeni müqavilə imzalamaqdan imtina edən Rahim Sterlinqi sərfəli qiymətə satıb, əldə ediləcək gəlirin bir hissəsi ilə məhz Pedronu almağı planlaşdırır. İspaniya millisinin üzvünün özü də artıq “Barselona”dan ayrılmağı düşündüyünü etiraf edib. O, oyun praktikasının azlığından klubunu dəyişmək fikrindədi.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pedro 2008-ci ildən əsas komandada çıxış edir.
0
0