“Liverpul” “Mançester Yunayted”i qabaqladı
25.06.2015 - 21:58
“Liverpul” “Southempton”un müdafiəçisi Natanyel Klaynı transfer etməyə yaxındı. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, “Mançester Yunayted”in də yaxından maraqlandığı futbolçu mersisaydlılara 17.5 milyon avroya başa gəlib.
Qeyd edək ki, İngiltərə milli komandasının da formasını geyinən 24 yaşlı futbolçu 2012-ci ildən “Southempton”un şərəfini qoruyur.
Bu müddətdə o, “müqəddəslər”lə meydana çıxdığı 94 oyunda 3 qola imza atıb.
0
0