“Liverpul” bir Sterlinq üçün 40 milyon sterlinqdən imtina etdi
18.06.2015 - 18:20
“Liverpul”  bir Sterlinq üçün 40 milyon sterlinqdən imtina etdi

İngiltərənin “Liverpul” klubu Rahim Sterlinqi satması üçün gələn ikinci təklifdən də imtina edib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, “Mançester Siti” növbəti dəfə Yamayka əsilli futbolçu üçün “qırmızılar”ın qapısını döyüb.

 

Ancaq klub rəhbərliyi “şəhərlilər”in budəfəki 40 milyon funt-sterlinq təklifini də qəbul etməyib.

 

İngilis mətbuatının iddiasına görə, “Liverpul” 20 yaşlı futbolçunu 50 milyondan aşağı qiymətə satmaq istəmir.