Dortmund “Borussiya”sının hücumçusu Çiro İmmobile “Liverpul”a keçə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “qırmızılar” 25 yaşlı forvardla danışığa başlayıb.
“Borussiya”nın idman direktoru Mixael Çorkom ingilislərlə şəxsən özünün danışıq apardığını bildirib. “Liverpul” rəhbərliyi ümidləri doğrultmayan Mario Balotelli ilə yayda vidalaşıb, onun yerini məhz İmmobile ilə doldurmaq niyyətindədi. İtaliya millisinin üzvünün Almaniyadakı villasını 1,3 milyon avroya satması da bu keçidin baş tutacağına işarədi.
Qeyd edək ki, “Borussiya” İmmobileni “Yuventus”dan 19 milyon avroya transfer etmişdi. Forvard bu mövsüm Bundesliqada keçirdiyi 19 oyunda 3 qol vurub.