London derbisində "Çelsi" sevindi - YENİLƏNİB
05.10.2014 - 21:19
London derbisində "Çelsi" sevindi - YENİLƏNİB

Bu gün İngiltərə Premyer Liqasında VII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur 6 qarşılaşma ilə başlayıb.

 

“Liverpul” evdə “Vest Bromviç”la üz-üzə gəlib. Ötən tur evdə “Everton”la xalları yarı bölən, ÇL-nin qrup mərhələsinin II turunda səfərdə “Bazel”ə minimal hesabla (1:0) uduzan meydan sahibləri bu dəfə 3 xala sevinib – 2:1

 

 “Mançester Siti” isə səfərdə “Aston Villa”nın qonağı olub. 82 dəqiqə hesabı aça bilməyən “şəhərlilər” sonda Yaya Ture və Serxio Aqueronun qolları sayəsində qələbə qazanıb.

 

“Mançester Yunayted” isə “Everton”u qəbul edib. “Qırmızı şeytanlar” əzmkar qələbəyə sevinib.

 

Turun mərkəzi oyunu paytaxda baş tutub. Londonun iki nəhəng klubu – “Çelsi” ilə “Arsenal” qarşılaşıb. Bu görüşdə “zadəganlar” Eden Azardın 27-ci dəqiqədə penaltidən və 78-ci dəqiqədə Dieqo Kostanın vurduğu qolu ilə 3 xalı aktivinə yazdırıblar.

 

Beləliklə, 7 oyundan 19 xal toplayan “Çelsi” turnir cədvəlinə başçılıq edir. 14 xalla “Mançester Siti” 2-ci, “Sautqempton” isə 13 xalla 3-cü pillədə qərarlaşıb.

 

 

İngiltərə Premyer Liqası

VII tur

04 oktyabr

“Hall Siti” – “Kristal Pelas” - 0:0

 

“Lester” – “Bernli” - 2:2

Qollar: Şlupp, 33, Marez, 40 - Kaytli, 39, Vallase, 90+6

 

“Liverpul” – “Vest Bromviç” - 2:1

Qollar: Lallana, 45, Henderson, 61 - Beraino, 56-p

 

“Sanderlend” – “Stok Siti” - 3:1

Qollar: Vikhem, 4, S.Fletçer, 23; 79 - Adam, 15

 

“Suonsi” – “Nyukasl” - 2:2

Qollar: Boni, 17, Routledqe, 50 - Sisse, 43; 75

 

“Aston Villa” – “Mançester Siti” - 0:2

Qollar: Ture, 82, Aquero, 88

 

05 oktyabr

“Mançester Yunayted” – “Everton” - 2:1

Qollar: Di Mariya, 27, Falkao, 62 - Naismit, 55

 

“Tottenhem” – “Sautqempton” - 1:0

Qol: Eriksen, 40

 

“Çelsi” – “Arsenal” - 2:0

Qollar: Azard, 27-pen​, Kosta, 78

 

“Vest Hem” - KPR - 2:0

Qollar: Onuoha, 5-avtoqol, Sako, 59

 

 

1.

Çelsi

7

6

1

0

21:7

19

2.

MS

7

4

2

1

14:7

14

3.

Sautqempton

7

4

1

2

11:5

13

4.

MY

7

3

2

2

13:10

11

5.

Suonsi

7

3

2

2

10:8

11

6.

Tottenhemm

7

3

2

2

9:7

11

7.

Vest Hem

7

3

1

3

12:10

10

8.

Arsenal

7

2

4

1

11:9

10

9.

Liverpul

7

3

1

3

10:10

10

10.

Aston Villa

7

3

1

3

4:9

10

11.

Hall Siti

7

2

3

2

11:11

9

12.

Lester

7

2

3

2

11:12

9

13.

Sanderlend

7

1

5

1

8:7

8

14.

Vest Bromviç

7

2

2

3

8:9

8

15.

Kristal Pelas

7

2

2

3

10:12

8

16.

Stok Siti

7

2

2

3

6:8

8

17.

Everton

7

1

3

3

13:16

6

18.

Nyukasl

7

0

4

3

7:14

4

19.

Bernli

7

0

4

3

3:10

4

20.

KPR

7

1

1

5

4:15

4