“Liverpul” onun üçün 22 milyon avrodan keçir
21.06.2015 - 22:02
“Liverpul” onun üçün 22 milyon avrodan keçir

İngiltərənin “Liverpul” klubu “Real”ın yarımmüdafiəçisi Asyer İllaramendi üçün hərəkətə keçib. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, mersisaydlılar yarımüdafiəçi üçün 22 milyon avro təklif etməyə hazırlaşırlar.

 

Yeni baş məşqçi Rafael Benitezin heyətdə düşünmədiyi futbolçunun satılmasına icazə verə biləcəyi iddia olunur.

 

Xatırladaq ki, İllaramendi “kral klubu”nun tarixinə keçidinə ən çox xərc çəkilən ispan futbolçu kimi düşüb. Yarımmüdafiəçinin keçidi üçün 2013-cü ildə “Real Sosyedad”a 32.2 milyon avro ödənmişdi.

 

Aradan keçən iki mövsümdə 90 dəfə meydana çıxan futbolçu, 3 dəfə də qol sevinci yaşayıb.