“Liverpul”da qazandığım 4-5 mükafat “Çelsi”nin 10 kubokundan daha dəyərlidi”
24.06.2015 - 18:49
“Liverpul”da qazandığım 4-5 mükafat “Çelsi”nin 10 kubokundan daha dəyərlidi”

“Liverpul”un keçmiş kapitanı Stiven Cerard Joze Mourinyonun rəhbərliyi altında oynaya bilmədiyi üçün təəssüfləndiyini bildirib. Apasport.az saytının məlumatına görə, ESPN kanalına açıqlama verən əfsanəvi futbolçu hər bir halda “Liverpul”da keçirdiyi illərin daha dəyərli olduğunu deyib:

 

“Mourinyo əla insan və möhtəşəm məşqçidi. Təəssüf ki, onun rəhbərliyi altında oynamaq mənə qismət olmadı. Ancaq düzünü deyim ki, mən heç vaxt “Liverpul”u başqa kluba dəyişmərəm. “Qırmızılar”la qazandığım 4-5 mükafat “Çelsi” ilə qazanacağım 10 kubokdan daha dəyərlidi”.