“Liverpul”dan ilk transfer
25.05.2015 - 10:14
“Liverpul”dan ilk transfer

İngiltərə Premyer Liqasında mövsüm başa çatar-çatmaz bir transfer gerçəkləşib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “Liverpul” heyətini gücləndirib.

 

“Qırmızılar” “Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Milnerlə anlaşıb. “Şəhərlilər”lə yeni müqavilə imzalamaqdan imtina edən İngiltərə millisinin üzvü gələn mövsümdən “Liverpul” formasını geyinəcək. 29 yaşlı oyunçu daha çox oynamaq istədiyi üçün bu addımı atdığını bildirib. Onun “Liverpul”la neçə illik müqavilə bağlayacağı barədə hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, Ceyms Milner 2010-cu ildən bəri “Mançester Siti”də çıxış edib.